Şimali İrlandiyada "Planet Fun" əyləncə parkındakı "Star Flyer" attraksionu insanların üzərinə düşüb.
Hadisə yerindən çəkilən kadrlar "Breaking News Now" "Youtube" kanalında yayımlanıb.
Belə ki, iyulun 24-də, 18:00 radələrində yaranan nasazlıq nəticəsində mexanizm yerindən çıxaraq insanların üzərinə düşüb.
Nəticədə, 6 nəfər xəsarət alıb. Üç uşaq xəstəxanaya yerləşdirilib. Onlar üçün həyati təhlükənin olmadığı bildirilir.
Digərləri yüngül xəsarət aldıqları üçün xəstəxanaya getməkdən imtina ediblər.
Hadisə şahidləri bir daha parka gəlməyəcəkləri dərəcədə çox qorxduqlarını etiraf ediblər:
"Yelləncəklər ipdən asılı idilər və bir anda düşməyə başladılar. Çox dəhşətli idi".
Faktla bağlı araşdırma aparılır.













