"Netflix”də yayımlanan "Pepsi, Jetim Where's” serialının bir hissəsində görünən Türkiyə xəritəsində Türkiyənin şərq bölgəsi Ermənistan ərazisi kimi göstərilib.
7NEWS.az xəbər verir ki, "Pepsi, Jetim Where's” serialı 20 yaşlı bir yeniyetmənin təyyarə udmaq ümidi ilə "Pepsi” lotereyasında iştirakından və ondan sonra gedən hüquqi mübarizədən bəhs edir. Serialın 1-ci bölümündə bir səhnə türk izləyicilərinin reaksiyası ilə qarşılanıb. Çünki göstərilən xəritədə Türkiyənin şərqindəki vilayətlər Ermənistan ərazisi kimi görünürdü.
Seriala baxan türkiyəli izləyicilər, 1-ci bölümdəki səhnədən sonra sosial mediada reaksiya verib.
7NEWS.az








