Eyvandan yıxılan azyaşlı uşağı qonşular xilas edib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çində baş verib. Belə ki, valideynləri tərəfindən evdə tək buraxılan 3 yaşlı körpə eyvana çıxaraq dəmirlərdən tutub dırmanmağa başlayıb.
Binanın komendantı 6-ci mərtəbədən sallanan uşağı görüb və onu yıxalarsa əlləri ilə tutmağı düşünüb. Lakin bunun mümkün olmadığını anlayıb, dərhal bina sakinlərini köməyə çağırıb.
Uşaq təhlükəli halda eyvanlarla dırmanmağa davam edərkən, sakinlər aşağıda böyük bir adyal açaraq hazır vəziyyətdə gözləyiblər.
Bu zaman metrələrlə yüksəklikdən yıxılan uşaq adyalın üzərinə düşüb və heç bir xəsarət almayıb. Dərhal xəstəxanaya aparılan uşaq müayinə edilib və heç bir xəsarət almadığı təsdiqlənib.
Həmin görüntüləri təqdim edirik:

7News.Az