Siyavuş Novruzov: “Bu, vətəndaşın 20-30 il ömrünün oğurlanmasıdır”

Siyavuş Novruzov: “Bu, vətəndaşın 20-30 il ömrünün oğurlanmasıdır”

Parlamentdə eyni mənzilin bir neçə nəfərə satılması problemi qaldırılıb.

Bu problemi Milli Məclisin komitə sədri Siyavuş Novruzov qaldırıb.

Komitə sədri qeyd edib ki, bəzən göydələn onu tikdirənin deyil, tamam başqa bir adamın adına qeydiyyata alınmış olur:

 

"Həmin adamın da şirkətdən heç xəbəri olmur. Bəzi hallarda məcburi köçkünlərin adından istifadə edirlər. Hesab edirəm ki, belə tikinti şirkətlərini qeydə alarkən həmin şəxsin daxma tikmək imkanının olub-olmadığını aydınlaşdırmaq lazımdır. Düzdür, hüquq buna qadağa qoymur. Ancaq hesab edirəm ki, bu məsələ diqqətdə olmalı və bunun hansısa yolunu tapmalıyıq.

Məsələnin ikinci tərəfi insanları aldadan şəxslərin məsuliyyətə cəlb edilməsidir. Bəzən 50-dən çox adamı aldadırlar, amma onlara 10-15 il cəza verilir. İnsanlar, müəllimlər, həkimlər illərlə işləyib pul toplayır və mənzil almaq istəyirlər. Sonda belə dələduzların qurbanına çevrilirlər. Dələduzlar 200 il yaşamalıdır ki, insanlara vurduqları ziyanı ödəyə bilsinlər. Bu, təkcə vətəndaşa qarşı cinayət, maddi vəsaitin ələ keçirilməsi deyil, həm də 20-30 il ömrün oğurlanması deməkdir. Bu dələduzluqların aradan qaldırılması üçün çıxış yolu tapmalıyıq”.

7News.Az

Xəbər lenti