Türkiyədə azərbaycanlını öldürən sürücü azadlığa buraxıldı

Türkiyədə azərbaycanlını öldürən sürücü azadlığa buraxıldı

Türkiyənin Alanya bölgəsinin Kestel məhəlləsində avtomobil Azərbaycan əsilli Türkiyə vətəndaşı Mətləb İmaməlini vurub. 

7News.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, ağır xəsarət alan 54 yaşlı azərbaycanlı Alaaddin Keykubat Universitetinin xəstəxanasına aparılıb. 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra 34 yaşlı sürücü Mehmet U. saxlanılıb. O, hakim qarşısına çıxarılıb və məhkəmənin qərarına əsasən, azadlığa buraxılıb. 

7News.Az

Xəbər lenti