Vahid Məhərrəmov: “Sulu qarın və qarın yağması nəqliyyat vasitələrinin hərəkətini iflic edib"

Vahid Məhərrəmov: “Sulu qarın və qarın yağması nəqliyyat vasitələrinin hərəkətini iflic edib

Bu baxımdan bölgələrdən paytaxta məhsulların gətirilməsində ciddi problem yaranıb. Hava şəraitinin qeyri-sabit keçməsi səbəbindən nəqliyyat vasitələrinin Bakıya gəlməsində yaranan problemlər Bakıda kənd təsərrüfatı məhsullarının qiymətlərini bahalaşdıra bilərmi?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı azalıb, idxal isə artıb: "Belə ki, son iki ay ərzində kartof, kərə yağı, süd və ət idxalı artıb. Ümumiyyətlə, sahibkarlar bayram ərəfəsində daha çox gəlir əldə etmək üçün qiymətləri artırırlar. Sahibkarlar qiymətləri ona görə artırılar ki, digər aylarla müqayisədə kifayət qədər gəlir əldə edə bilmirlər. Çünki Azərbaycanda alıcılıq qabiliyyəti aşağıdır. Hazırda bazarlarda kənd təsərrüfatı məhsullarının qiyməti ilə bağlı monitorinq aparmışam, nəticə isə açınacaqlıdır. Belə ki, bazarlarda kartof, soğan. kələm, çuğundur və ətin qiymətində artım var. Bir faktı qeyd edim ki, əvvələr əhaliyə ikinci dərəcəli ət təklif edilmirdi. Əhaliyə ən çox qəssablar tərəfindən birinci dərəcəli ət təklif olunurdu. Artıq bazarlarda keyfiyəti nisbətən aşağı olan ikinci dərəcəli ətlər satışa çıxarılıb. Bu ətlər ölkəyə Ukraynadan idxal olunur. Sahibkarlar keyfiyəti aşağı olan ikinci dərəcəli ət məhsulunu aşağı qiymətdən 9 AZN-ə alıcıya təklif edirlər. Birinci dərəcəli ət qiyməti isə bazarda 10 AZN-dən yüksəkdir”. Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycana kartof isə İranda idxal olunur: "İrandan idxal olunan kartof isə texniki kartofdur, iri və xırda buynuzlu mal-qara üçün nəzərdə tutulub. Bu kartofun qiyməti, ölkə daxilində istehsal olunan Gədəbəy kartofuna nisbətən uçuzdur. Ümumilikdə isə bazarlarda satışa çıxarılan bütün məhsulların qiymətində artım var”-, deyə V. Məhərrəmov qeyd edib.

Anar Cəfərov

BNEWS.az

Xəbər lenti