Yerevanda aksiyaların təşkilatçısının oğlu tutulub - YENİLƏNİB + VİDEO

Yerevanda aksiyaların təşkilatçısının oğlu tutulub - YENİLƏNİB + VİDEO

Ermənistan parlamentinin üzvü, etiraz aksiyalarının təkşilatçısı Nikol Paşinyanın oğlu Aşot Paşinyan tutulub.

7news.Az "Armtimes.com” saytına istinadən xəbər verir ki, aprelin 17-də Yerevanda polis etiraz aksiyasına qatılan 29 nəfər saxlayıb.

Onlar inzibati qaydaları pozmaqda təqsirləndirilirlər.

13:42

Yerevanda Fransa meydanında mitinq zamanı etiraz aksiyasının təşkilatçısı parlamentin deputatı Nikol Paşinyan məxməri inqilabın başlaması barədə elan edib.

7news.Az-ın News.am-a istinadən xəbərinə görə, Paşinyan onlarla tərəfdarının saxlanılması barədə məlumat verib.

O, qeyd edib ki, polis meydana böyük qüvvələr cəlb edib:

"Lakin biz fərqli hərəkət edəcəyik. Yürüş edib digər dövlət qurumlarının fəaliyyətinə mane olacağıq. Hara girə bilsək, oturaq aksiya keçirəcəyik”.

13:00

Yerevanda Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə görə etiraz aksiyasında iştirak edən müxalifət tərəfdarları ilə polislər arasında qarşıdurma yaşanıb.
 
7news.Az-ın erməni mətbuatına istinadən məlumatına görə, etirazda iştirak edən tərəfdarlar polisin qanuni tələblərinə tabe olmayaraq, zor tətbiq ediblər. Daha sonra daş və digər əşyalar ataraq polislərə xəsarət yetiriblər.

12:21

Yerevanda polis etiraz aksiyalarının keçirildiyi Baqramyan prospektini bağlayıb.

7news.Az-ın News.am-a istinadən məlumatına görə, parlamentin binasına zirehli texnika, o cümlədən tanklar çıxarılıb.

Ərazi tikanlı məftillə mühasirəyə alınıb.

 

12:06

Etiraz aksiyalarında ictimai asayişin pozulması ilə əlaqədar daha bir neçə şəxs polisə təhvil verilib.

7news.Az xəbər verir ki, bu haqda "News.am"-a Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, Yerevanda polis səhər saatlarından etibarən Tumanyan küçəsində 29 nəfər müxalifət tərəfdarlarını təhlükəsizlik orqanlarına təhvil verib.

11:03

Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə görə etiraz aksiyası Yerevanın Fransa Meydanında davam edir.

7news.Az "News.am”a istinadən xəbər verir ki, polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar. 

Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar. Qarşıdurma zamanı 30 etirazçı saxlanılıb. Yaranmış bir qarşıdurma nəticəsində 40-dan çox adam yaralanıb.

7news.Az

Xəbər lenti