RU
lombard
Zakir Qaralovun siyasi sifarişi ilə evi əlindən alındığı iddia edilən jurnalist “AKKORD” rəhbərini açıq DEBATA çağırdı
17:04
1816

Zakir Qaralovun siyasi sifarişi ilə evi əlindən alındığı iddia edilən jurnalist “AKKORD” rəhbərini açıq DEBATA çağırdı

Bir neçə gün öncə "AKKORD” şirkətinin əməkdaşları siyasi sifarişə uyğun olaraq, Abşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan, tənqidçi jurnalist Anar Orucova məxsus mənzili dəmir alətlə qıraraq kilidi dəyişmiş və mənzili qanunsuz olaraq zəbt etmələri barədə xəbər dərc etmişdik. Hadisə ilə bağlı həmin ünvanda qeydiyyatda olan və yaşayan A.Orucovun qardaşı Əziz Orucov 7 news.az saytına danışaraq baş verənləri təsdiq edib və bunun sırf Zakir Qaralov tərəfindən siyasi sifariş olduğunu deyib. (1-ci YAZI, 2-Cİ YAZI)

Sözügedən yazılara "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən cavab verilib. Şirkətin Baş içraçı direktoru Bürhan Həmidov tərəfindən Qaynarinfo-ya daxil olan təkzib məktubunda jurnalist Anar Orucovun "Akkord"un Sumqayıt şosesi 7-ci km.-də yerləşən "Gənclər şəhərciyi"ndəki mənzilinin əlindən alındığı faktı təsdiqlənir, amma bunun qanuni olduğu bildirilir. Yazıda əsas vurğu məhkəmə qərarındakı ziddiyyətlər üzərində idi. Belə ki, qərarda nə müqavilə nömrəsi, nə də mənzilin kvadratı, nə də otaq sayı düz göstərilməmişdi. Belə anlaşılırdı ki, məhkəmə əslində A.Orucova aid olmayan mənzil haqqında qərar qəbul edib və bunu icra edib. Şirkət rəsmisi bu məqama yalnız bir cümlə ilə cavab verib: "Məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsindəki nömrə və sahə fərqində texniki yanlışlıq olub". Həmçinin şirkət cavab məktubunda jurnalistin evinin əlindən alınaraq başqa şəxsə əvəzsiz verildiyini bildirir.

Şirkət A.Orucovun bura qədər ödədiyi 21556.60 manat məbləğin də taleyinə aydınlıq gətirməyib.

Özünütəkzib və ziddiyyətlərlə dolu açıqlamaya "Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun münasibəti gecikməyib: "Akkord Şirkəti vətəndaşa müqavilə əsasında satdığı mənzili banka qoyub pul götürməsi və vətəndaşın bundan xəbərinin olmaması məsələsinə şirkətin icracı direktoru Bürhan Həmidov necə aydınlıq gətirəcək?
Coxsaylı insanları aldadaraq hüquqlarının pozulmasına dair artıq KANAL13 internet televisiyasının redaksiuasına müraciətlər olunmaqdadır. Həddindən artıq qanun pozuntuları edərək sahibinə güvənın Akkord şirkətinin rəhbərliyini sosial şəbəkə üzərindən yayımlanan və minlərlə izləyicisi olan canlı debata dəvət edirəm! Bu məsələlərə cavab verilməsi xalqın aldadılması, maliyyə fırıldaqları, şirkətdə işcilərin pozun haqqları və nələr nələr. Buyurun,Bürhan Həmidov Şəxsən Sizinlə canlı yayımda müzakirə edək!”

Mövzunu davam etdirəcəyik.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ