lombard

Binəqədi rayonunda “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirildi

Binəqədi rayonunda “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirildi

08 noyabr 2016-ci il tarixdə Binəqədi Rayonu ərazisində fəaliyyət göstərən "STEP İT” Akademiyanın inzibati binasında 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və "İDRAK” liseyinin birgə təşkilatçılığı ilə "Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,Millət vəkili Elman Nəsirov, "İDRAK” liseyinin təsisçisi Mönsüm Alışov, Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov, 09 Noyabr - "Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta umumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət və "Xəmsə” intellektual oyunun qalibləri və iştirakçıları , rayon ictimaiyyəti, ASAN Könülləri və rayonun fəal gəncləri iştirak etmişlər.

Tədbir ilk olaraq Dövlət bayraqları və rəsm əsərlərindən ibarət sərgi ilə start götürmüşdür. Daha sonra Dövlətçiliklə bağlı video çarx nümayiş etdirilmişdir. Videoçarxın nümayişindən sonra tədbirin aparıcıları tədbiri açıq elan etmiş və Dövlət bayrağının yaranma tarixi haqqında məlumat vermişdirlər.

Daha sonra çıxış edənlər "İDRAK” liseyinin təsisçisi Mönsüm Alışov, Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov və Millət vəkili Elman Nəsirov bu əlamətdar günün tarixi haqqında geniş danışaraq və bu gözəl bayram münaibətilə tədbir iştirakçılarını təbrik etmişdirlər.

Natiqlər çıxışlarında qeyd etdilər ki, gün gələcək biz ölkə rəhbəri cənab Prezidentin qüdrətli siyasəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.

Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkdi. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan natiq ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırdı.

Çıxışlarla bərabər 09 Noyabr - "Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta umumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət müsabiqələrinin qalibləri və "Xəmsə” intellektual yarışlarında fərqlənmiş şagirdlərmükafatlandırılmışdır.

Çıxış və təltiflərdən sonra tədbirin bədii hissəinə start verilmiş vəAktyor,bədii qiraətçi Azad Şükürov və Ağalar Bayramovunifalarında Bayraq şeirləri səslənmiş, rayonun yaradıcı gənclərinin ifasında mahnılar və rəqslər nümayiş edilmişdir.

Tədbirin sonundaBakı Uşaq teatrı "Vətən” tamaşasını nümayiş etdirmişdir.




 

7News.Az

Xəbər lenti