Özbəkistandakı Səfirliyimizin dəstəyi ilə

Özbəkistandakı Səfirliyimizin dəstəyi ilə

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin təşkilatçılığı ilə özbək araşdırmaçı alim Şuxrat Salamov (Barlas) Azərbaycanın və Özbəkistanın bir sıra arxivlərində tədqiqatlar aparmış və Azərbayacanda İnkişafa Yardım Agentliyinin (AİDA) araşdırma proqramında iştirak etmişdir.

Qeyd olunan araşdırmaların nətəcəsi olaraq Səfirliyin daxili imkanları hesabına özbək müəllif Şuxrat Salamovun «Туркестан и Южный Кавказ XIX – XX вв. Дашнаки от Ферганы до Карабаха» adlı kitabı hazırlanmış və nəşr olunmuşdur.

Kitabda ilk dəfə olaraq özbək müəllif tərəfindən ermənilərin Türküstan (indiki Özbəkistan) ərazisində və Azərbaycan torpaqlarında törətdikləri qətliamlar geniş və obyektiv işıqlandırılmışdır. Özbək müəllif erməni məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, Xocalı faciəsi, ermənilərin bütövlükdə türk xalqlarına qarşı törətdikləri soyqırım siyasətini arxiv materialları, sənədlər və tarixi faktlara istinad edərək ifşa etmişdir. Səfirliyin nəşr etdirdiyi bu kitab Özbəkistanda bu mövzuda nəşr olunan ilk elmi araşdırmadır və gələcəkdə bu mövzuda tədqiqat aparacaq mütəxəssislər üçün ilkin mənbə olacaqdır.

Özbəkistanın siyasi rəhbərliyi Azərbaycana dost və qardaşlıq münasibəti sərgiləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyini birmənalı şəkildə dəstəkləyir. Lakin, bu ölkənin çoxmillətli dövlət olmasına əsaslanan daxili siyasətə uyğun olaraq belə mövzular bir qayda olaraq mətbuatda geniş işıqlandırılmır və ictimaiyyətə təqdim olunaması məqbul hesab olunmur. Yerli KİV-də regional və qlobal münaqişələrin işıqlandırılmasına səthi və neytral aspektdən yanaşılır. Lakin, sadalananlara baxmayaraq Səfirliyimizin təşkilatçılatçılığı və dəstəyi ilə özbək müəllifin bu mövzuda araşdırmasının kitab şəkilində işıq üzü görməsi ölkənin elmi zümrəsi tərəfindən rəğbətlə qarşılanmışdır. Kitab ilkin mərhələdə min nüsxədə çap olunmuş və Səfirlik tərəfindən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına və aidiyyəti qurumlarına, xarici ölkələrdəki Səfirliklərimizə, dünyanın aparıcı elm və mədəniyyət mərkəzlərinə, həmçinin Özbəkistanın aidiyyəti qurumlarına göndərilmişdir. Cari ilin fevral ayında Səfirlik tərəfindən Daşkənd şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı keçirilən anım mərasimində kitab geniş ictimaiyyətə təqdim olunmuşdur. Mövzu ilə bağlı daxil olan məlumatlara əsasən, kitab elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Səfirliyin daxili imkanları hesabına kitabın təkrar çap olunması üçün əlavə sifariş verilmiş, bununla yanaşı kitabın xarici dillərə (özbək, ingilis və türk) tərcüməsi üzərində müvafiq iş aparılır. 

Xəbər lenti