BAXCP sədri , millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclis də İranın müdafiə nazirinın "Azərbaycanın İsraillə yaxınlaşmasına dözə bilməyəcəyik” açıqlaması radikal müxalifətin etirazına səbəb olub. Bununla bağlı özünün facebook səhifəsin də status yazan, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Qüdrət Həsənquliyev Azərbaycanın dövlət və milli maraqlarını nəzərə alıb və İranın rəsmisinin ağzına gələn bəyanatına cavab verib : " İran Azərbaycanı hədələyir. Qüdrət bəy də deyir ki, İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək, yerində 5 dövlət yaranacaq. BAXCP sədrinin bu açıqlamasına yalnız İranın Azərbaycan da əl aldığı agentlər , Əli Kərimlinin ətrafın da olan Gözəl Bayramovlar narahat olublar. İki gündür BAXCP-yə qarşı hucum edirlər. İran dövlətinin təəsüübünü çəkirlrə. Hardandır bu sevgi bunlar da?! Baxın bu adamların sosial şəbəkələr də yazdıqlarına. İrandan ötrü özlərinə əl qatıblar. Hələ bir utanmadan bu, adamlar özlərini Əbülfəz Elçibəyin "davamçıları" adlandırlar. Hardandır Əli Kərimlinin İran sevgisi? Görünür , bir vaxtlar Əli Kərimli Qənimət Zahidi boş yerə İrana göndərməmişdi. Və bu gün də Əli Kərimli ilə Xədicə İsmayıl 60-dan artıq Nardaran hadisələrinə görə həbs edilmiş şəxsləri "siyasi məhbus" adlandırmazdı. Qüdrət bəyin bu açıqlamasına Əli Kərimlinin sərt münasibəti o deməkdir ki, İranın mollaları ilə Əli Kərimlinin iş birlyi var və bu danılmaz faktdır!".
7news.Az








