RU
“ Zöhrab İsmayıl və 5 nəfər Sərksiyanın əleyhinə müraciətə imza atmadlar “
12:26
895

“ Zöhrab İsmayıl və 5 nəfər Sərksiyanın əleyhinə müraciətə imza atmadlar “

Azərbaycanda fəaliyyət göstərən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunan bir qrup QHT sədri Ermənistan Prezidenti Serj Sərkisiyan Avropa İttifaqına rəsmi səfər ərəfəsin də Avropa İttifarının rəhəbrliyinə olunan müraciətə imza atmaqdan imtina etmişdi.
 
Bu faktı mətbuata açıqlayan BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlının 7News.az saytına verdiyi açıqlamada bir daha bu mövzu da danışıb. Onun sözlərinə görə, forum da təmsil olunan 51 nəfər müraciətə dərhal imza atdı, ancaq 6 nəfər bilərəkdən imza atmaqdan imtina etdi: " Avropa İttifaqının rəhbərliyinə müraciət olundu ki,  Sərkisyanla görüşünüzdə Azərbaycana qarşı qeyri-qanuni ərazi iddialarından imtina etməyi, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasına və zorla sərhədlərin dəyişdirmək cəhdlərinin təhlükəli pressedent olduğunu onun nəzərinə çatdırsın.  Müraciətin mətnindən də görünür ki, bu birbaşa Azərbaycanın dövlət maraqlarını xidmət edən bir çağrışdır. İmza atmaqdan imtina edən bu adamlar çox yaxşı bilir ki, 1992-ci il də erməni vəhşilərinin səhra komandiri olmuş və Xocalı facisəsin də iştirak etdiyindən "qürur” hiss keçirdiyi bəyan edən, Ermənistan prezidenti olan Sərkisiyan hərbi cinayətgardı. Və bizim millətin uşağını, cavanını, yaşlısını, qocasını amansızlıqla qətlə yetirib. Və müraciətin mətnin də Sərksiyanın bu vəhşiiklərindən bir cümlə də yazılmayıb. Sadəcə, Aİ rəhbərliyinə beynəlxalq hüququn Azərbaycan tərəfində olduğunu xatırladılıb və görüş əsasin də bunu Sərkisiyanın diqqətinə çatdırmağı xahiş edib. Bu  nəfər- Zöhrab İsmayıl, İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli,  Leyla Əliyeva, Arzu Abdullayeva bu gün də bəyan edirlər ki, bilərəkdən Sərkisyanın əleyhinə olunan müraciətə imza atmayıblar. Bəzi şəxslər isə, texniki səbəbdən müraciətin olmasından xəbərsiz olduqlarını bildiriblər. Bunun günahı da həmin şəxslərin özlərindədir. Çünki, həmin  forumun üzvüdrsə və uzun müddətdir ki, bu qurum da fəaliyyət göstərisə, zəhmət çəkib yazışmaları oxumalıdırlar. Erməni məsələsin də biganəliyin özü də qınanmalıdır. Digər tərəfdən  "5-ci” kalonun nökəri olan Zöhrab İsmayıl və onun kimlər utanmadan deyirlər ki, qəsdən imza atmayıblar. Məsələ ondadır ki,  Bundan əvvəl Azərbaycanın Prezidenti İlham Əliyev Avropa İttifaqına rəsmi səfər etmişdi. Bu 6 nəfərin hər biri Cənab prezidentin rəsmi səfəri zamanı ermənilərin əli ilə hazırlanan müraciətə imza atmışdı. Müraciətin də əsas mahiyyəti həm İlham Əliyevin səfərinə kölgə salmaq, həm də Azərbaycanın milli maraqlarına zərbə vurmaq idi. İndi bunun adı nədir?! Bilirsiniz ki, Söhrab İsmayıl qorxusundan qaçıb Çexiyada gizlənib. Ona ağalıq edən şəxs də çex əsilli  PİN təşkilatının rəhbəri Yaromir Ştetinandır. Bu adam bütövlük də Azərbaycan dövlətinə nifrət edən və Azərbaycan döyüşçülərini quldur adlandıran, milli qəhrəmanlarımızı təhqir edən, Qarbağın Ermənistana məxsus olmasını bəyan edən , müharibə vaxtı Xankəndində ermənilər üçün qospital açan və dəfələrlə ölkəmizin sərhədlərin qanunsuz pozan və birbaşa Azərbaycanın düşməni olan şəxsə nökərlik edir, işverənlik edir. Şetinan Avropa İttiqaqına Azərbaycan prezidenti İlham Əliyevin əleyhinə hazırladığı müraciətə 76 nəfər azərbaycanlı, o cümlədən adlarını çəkdiyim bu şəxslər dərhal imzaladılar. Özü də heç kim də şübhə yox idi ki, Şetinan hazırladığı müraciəti ermənilər hazırlamışdı. Ancaq bir qarın yeməkdən ötrü Şetinana hər tərəfli xidmət edən Zöhrabın əsl sifəti budur. Bu adam üçün əsas puldur. Pul verdinsə, nəyə desən qulluq edər.”  Niyaməddin Orduxanlı adları çəkilən QHT sədrlərinin cəmiyyət də tanınmasının da vacib olduğunu bildirdi: " Bu açıqlamama ölkənin əsas aparıcı saytlar yaymışdı. On minlərlə insan oxudu. Bu cür şəxslər fəaliyyət cəmiyyət çatdırılmalıdır. Hər kəs görməlidir ki, bu adamlar üçün hətta dövlət və milli maraqlar da heç bir rol oynamır. Şəxsi qazanc əldə etmək üçün utanmadan erməniyə dayı da deməyə hazırdılar. Mən də bu adamları ifşa etmişəm və bundan sonra dövlət və milli maraqlarımıza zərbə vuran daxilimiz də olan satqınların kimliklərini hər kəsə göstərəcəm!”
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ