Faktla bağlı araşdırma aparılır.
Bakı-Gəncə avtomobil yolunda avtomobil aşıb.
7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb.
“VAZ 2107” markalı avtomobilin aşması nəticəsində sərnişin 1993-cü il təvəllüdlü Zahidi Ayşən hadisə yerində ölüb. Sürücü və digər iki sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardm xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya verilən xəbərə görə, qəza nəticəsində xəsarət alanlar Gəncə şəhər sakinin 1994-cü il təvəllüdlü Arzu Musayev, 1996-cı il təvəllüdlü Əliyeva Ülviyyə və 1985-ci il təvəllüdlü Ələsgər Məmmədovdur.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
7news.Az








