RU
“07” ilə “avtoş”luq edib paylaşdı, həbs edildi - Foto
12:20
298

“07” ilə “avtoş”luq edib paylaşdı, həbs edildi - Foto

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib

DİN Mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, müvəqqəti olaraq Salyan rayonunda yaşayan Bərdə rayon sakini Asim Qafarov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə rayon ərazisində  avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və daha sonra həmin avtoxuliqanlıq hərəkətlərinin görüntülərini sosial şəbəkələrdə paylaşıb.

 

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Qafarov 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ