RU
10:37
441

"07" qəzaya düşdü: sürücü öldü

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Köbər Zəyziddən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində şəxsiyyəti hələlik məlum olmayan 55 BX 035 dövlət nömrə nişanlı "VAZ 21 07" markalı avtomobilin sürücüsü dünyasını dəyişib, sərnişin 1973-cü il təvəllüdlü Baş Zəyzid kənd sakini Mehdiyev Vahid Ağamməd oğlu isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, müalicəsi davam etdirilir. Qəzaya ilkin səbəb kimi yüksək sürət və idarəetmənin itirilməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ