Bu dəqiqələrdə 7news.azsaytına Xırdalan şəhərində yerləşən 2 nömrəli orta məktəbdə bəxbəxt hadisənin baş verməsi ilə bağlı məlumat daxil olub.
Məlumata görə nəzarətsiz qalan 1-ci sinif şagirdi 2-ci mərtəbədən naməlum şəraitdə yıxılıb. Müxtəlif bədən xəsarətləri alan uşağın hazırki durumu barədə yaxın dəqiqələrdə məlumat yazacağıq. Hadisə yerinə təcili tibbi yardım gələrək uşağı xəstəxanaya aparıblar.
Uşağın kimliyi və vəziyyəti ilə bağlı ətraflı yazacağıq.
Mövzunu diqqətdə saxlayırıq.
7news.az








