RU
1 dekabr QİÇS-lə mübarizə günüdür
22:19
982

1 dekabr QİÇS-lə mübarizə günüdür

Dünyada 37 milyona yaxın insan İmmun Çatışmazlığı Sindromundan əziyyət çəkir. Azərbaycan isə QİÇS epidemiyasının ən az yayıldığı ölkələr sırasındadır. Ölkədə 5000 minə yaxın insan HİV sindromundan əziyyət çəkir. Bu ilin 11 ayı ərzində isə Azərbaycanda 618 nəfər QİÇS infeksiyasına yoluxub. Onlardan 598-i Azərbaycan vətəndaşı, 20 nəfəri isə əcnəbidir. Hazırda ölkədəki xəstələrin 1229 nəfəri QİÇS mərhələsindədir. İndiyədək Azərbaycanda İİV infeksiyasından 719 nəfər dünyasını dəyişib.

Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə mübarizə günü 27-ci ildir qeyd olunur. QİÇS insanla doğulan, insana xas xəstəliklərdən deyil. Xəstəlik sonrakı həyat tərzi nəticəsində qazanılan epidemiyadır.

Natiq Zülfüqarovun sözlərinə görə, əgər anada bu infeksiya aşkarlanarsa, uşağa ötürülməsinin qarşısını almaq mümkündür. İndiyədək 205 xəstə ana bu proqrama cəlb olunub. Onların dünyaya gətirdiyi uşaqlar sağlam olub.

Dünya səhiyyə təşkilatı QİÇS-lə mübarizə məqsədilə 90-90-90 proqramı üzərində çalışır. Əgər bu proqram gerçəkləşərsə, 2030-cu ilədək epidemiyanın artmasının qarşısı alınacaq. Və epidemiya azalan xətlə inkişaf edəcək.

Azərbaycanda bu epidemiyanın qarşısını almaq üçün müntəzam olaraq əhali arasında maarifləndirmə tədbirləri aparılır./ttv

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ