RU
1 gecədə 16 maşın oğurladı
16:00
1545

1 gecədə 16 maşın oğurladı

Bir gecədə 16 avtomobil oğurlayan oğrular şirkətə ümumilikdə yarım milyon dollar həcmində ziyan vurdular.

Bu görüntülər Böyük Britaniyanın Uiqan şəhərində lentə alınıb. Axşam saatlarında gerçəkləşən oğurluq hadisəsi müşahidə kameralarından anba an lentə alınıb.

Gecənin qaranlığında avtomobil icarəyə verən şirkətin dayanacağına gələn 4 nəfərdən ibarət cinayətkar dəstə, diqqət çəkmədən avtomobillərin açarlarının yerləşdiyi otağa daxil olub. Açarları götürdükdən sonra maşınların xəbərdarlıq sistemini sıradan çıxaran oğrular,ölkədə ciddi rezonans yaradan soyğuna start verib.

İlk avtomoili oğurladıqdan sonra bir müddət gözə dəyməyən oğrular, polislərin hadisədən xəbər tutmadığını görəndə yenidən dayanacağa qayıdıb. Eyni qaydada sakit şəkildə avtomobillərin qapılarını açmağa müvəffəq olan cinayətkarlar, bir gecənin içində bütün dayanacağı boşaldıb.


Polisin açıqlamalarına görə, soyuqqanlı davranan cinayətkar dəstənin üzvləri, polislər onların izinə düşə bilməsin deyə, maşınların əksəriyyətinin GPS cihazlarını söküb.

6 avtomobildə izləmə cihazı salamat qaldığından onların yeri qısa zamanda aşkarlanıb. Amma qalan 10 maşın və oğrulardan hələ də xəbər-ətər yoxdur. Polis idarəsi sakinlərə müraciət edərək cinayətkar dəstənin yaxalanmasında asayiş keşikçilərinə yardım etməyə səsləyib./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ