RU
1 milyon müsəlmana zorla donuz əti yedizdirilir-BU NECƏ ALLAHDI BUNLARI GÖRMÜR?
12:30
656

1 milyon müsəlmana zorla donuz əti yedizdirilir-BU NECƏ ALLAHDI BUNLARI GÖRMÜR?

Çində bir milyona yaxın müsəlman inanclarından imtina etmək üçün xüsusi islah düşərgələrinə yerləşdirilib. Həbs olunanların çoxu müsəlman uyğurlardır. Yeri gəlmişkən, Çin rəsmiləri ittihamları təkzib edir, ölkədə cinayətlərin islah edilməsi üzrə məktəblərin fəaliyyət göstərdiyini bildirib.  "The Atlantic” nəşri BMT və ABŞ-ın məlumatına istinad belə bir araşdırma yayımlayıb. Yayılan araşdırmada qeyd edilir ki,hazırda bir milyon müsəlman Çində xüsusi nəzarət düşərgəsinə yerləşdirilib. BMT və ABŞ-ın əldə etdiyi məlumatlar bunu təsdiqləyir. Orada saxlanılan vətəndaşların çoxu etnik uyğur azlığa aiddir. Həbsdə olanlar deyirlər ki, onları islamdan üz döndərməyə, müsəlman inanclarını tənqid etməyə, həmçinin hər gün saatlarla Kommunist partiyasının təbliğat mahnılarını təkrarlamağa məcbur ediblər.Daxil olan məlumatda deyilir ki, düşərgələrdə saxlanılan vətədandaşların bəzilərini donuz əti yeməyə və spirtli içki içməyə məcbur ediblər. Hərçənd islam dininə etiqad edənlərin bu məhsullardan istifadə etməsi qadağandır. Düşərgələrdə saxlanılan insanlara işgəncələrin verilməsi və ölüm halları barədə məlumatlar da mövcuddur.Ötən il ərzində Sinzsyan-Uyğur muxtar regionunda Çinin düşərgə sistemi şəbəkəsi iki dəfə artıb. ABŞ Konqresinin Çin məsələləri üzrə icraedici komissiyası bu sistemi "bu gün dünyada mövcud olan ən kütləvi milli azlıq həbsxanası” adlandırıb. Pekin uyğur ekstremistlərinin təqibi ilə başlayıb. Amma indi müsəlman dininə istənilən şəkildə etiqad region sakinləri üçün düşərgə ilə başa çata bilər.BMT iclas zamanı Çinin düşərgə sistemini tənqid edəndə Pekin "islah mərkəzlərinin olmadığını” deyib. Halbuki dövlət sənədlərində onları məhz belə adlandırırlar. Əvəzində Çin tərəfi bunun cinayətkarlar üçün peşə məktəbi olduğunu deyib. Çin daxili meşşanlara müxtəlif narrativlər təklif edib. Hökumət düşərgələri "məktəb” adlandırsa da, onları başqa növ müəssisəyə - xəstəxanalara da aid edir.Kommunist Partiyasının nümayəndələrinin "WeChat” sosial şəbəkə vasitəsilə uyğurlar arasında yaydığı səs yazılarının birində deyilir: "İslah üçün seçilən icma üzvləri ideoloji xəstəliyə tutulub. Onlar dini ekstremizm və terror ideologiyasına yoluxub. Məhz bu səbəbdən onlara xəstəxanaların stasionar yardımı lazımdır. Dini ekstremist ideologiya insanların fikirlərini qarışdıran zəhərli preparatdır. Dini ekstremizmin kökünü kəsməsək, terror təcavüzü də xərçəng şişi kimi artmağa və hər yana yayılmağa başlayacaq”."Çində dini etiqad patologiya hesab edilir”, - Corctaun universitetinin Çin tarixi üzrə professoru Ceyms Millvord (James Millward) aydınlıq gətirib. Onun sözlərinə görə, Pekin həmişə dini separatçılığı gücləndirən amil hesab edib. "Ona görə indi xüsusi düşərgələr xəstəxana adlandırılır. Onlar guya belə şeyləri müalicə edirlər. Bu, vaksinasiya prosesinə, ekstremizmi məhv etmək üçün Sinszyan-Uyğur regionun bütün əhalisinə tətbiq etmək istədikləri xəstəliyin aşkar edilməsi və müalicəsi üçün nəzərdə tutulan tibbi prosedura oxşayır. Ancaq söhbət sadəcə birdəfəlik iynə vurmadan deyil, insanların aylarla pis şəraitdə saxlanılmasından gedir”, - ekspert bildirib.ABŞ-da çalışan və ailə üzvləri Çin düşərgələrində olan uyğur alim Tahir İmin (Tahir Imin) deyir ki, Pekinin dini xəstəlik adlandırması təəccüblü deyil. Onun fikrincə, "müalicə” etnik müsəlmanları məhv etmək və zorla Çin cəmiyyətinə inteqrasiya etdirmək cəhdidir. Alim bildirib ki, "əgər bu insanların hər hansı bir "xəstəliyi” varsa, bu, sadəcə onların uyğur xalqının nümayəndələri olmasıdır”.Uyğurlardan başqa düşərgələrə qazax və qırğız kimi başqa azlıqların da nümayəndələri göndərilir. "Məncə, Çin hökuməti belə deyir: bura ideoloji xəstəxanadır, etnik çin olmayan hamı bura sürgün edilir. Belə insanlar xəstədir, təhlükəlidir, sağlam deyil və onlara etibar etmək olmaz”, - İmin bildirib.Dəhşətli ironiya ondadır ki, müsəlman azlığı dindən "müalicə etmək” tez-tez əsl psixoloji problemlərə səbəb olur. Düşərgənin keçmiş məhbuslarından biri intihar ideyasını beynindən çıxara bilmədiyini deyib. Xaricdə yaşayan uyğurlar isə öz qohumlarından öyrəniblər ki, düşərgələrdən sonra onlarda müxtəlif problem və xəstəlik (yuxusuzluq, depressiya, narahat vəziyyət və paranoya) yaranıb./Veteninfo.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ