1 yaşlı körpə evdə nəzarətsiz qaldı, başına bədbəxt hadisə gəldi
Nərimanov rayonu, Təbriz küçəsində 1 yaşlı körpə dərmandan zəhərlənib.
2017-ci il təvəllüdlü Nur Emin qızı Abdullazadə evdə nəzarətsiz qaldığından mizin üzərindəki dərmanları götürərək udub. Uşaq dərhal 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyləri nəticəsində uşaq ağır vəziyyətdən çıxıb və evə buraxılıb.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılıb, 1 yaşlı körpənin valideynlərinin izahatı alınıb.