Qaxın Tanqıt kəndində bədbəxt hadisə yaşanıb.
7news.az Kanal S-ə istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü Əsgərova Ayşən Natiq qızı çayda batıb.
Ötən gün axşam saatlarında azyaşlının nənəsi Əsgərova Fəzilə paltar yumaq üçün kəndin içindən keçən Axmaz çayına yollanıb və özü ilə nəvəsini də ora aparıb. Paltar yumağa başı qarışan qadın birdən uşağın yoxa çıxdığını anlayıb.
O, ətrafı axtarsa da körpəni tapa bilməyib və bundan sonra onun çaya düşdüyünü ehtimal edib.
Hadisə barədə FHN-nin yerli qurumuna məlumat verilib. Əraziyə xilasedicilər və texnika cəlb olunub. Çayın qarşısı kəsilib və uzun sürən axtarışlardan sonra uşağın cəsədi tapılaraq aidiyyatı üzrə təhvil verilib.
7news.az








