RU
10-cu sinif şagirdi itkin düşdü
21:51
1057

10-cu sinif şagirdi itkin düşdü

Astara rayonunda X sinif şagirdi itkin düşüb.

7news.az report-a istinadən xəbər verir ki, rayonun Rinə kənd sakini, 16 yaşlı Şahin Kərim oğlu Əliyev oktyabrın 26-da səhər saat 10 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Rinə kənd orta ümumtəhsil məktəbinin X sinfində oxuyan yeniyetmə ailəsi ilə birlikdə Küəş kəndində yaşayır. Onun axtarışı üçün qohumları ilə yanaşı, hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarışlar hələlik nəticə verməyib. Yağışlı hava şəraitində meşəyə getməyin məqsədəuyğun olmadığı ehtimalı da diqqətdə saxlanılır.

Qeyd edək ki, Ş.Əliyevin meşəyə qoz yığmağa getdiyi bildirilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ