Lənkəran 10 dəfə oğurluq etməklə vətəndaşlara 17 min manatdan artıq maddi ziyan vuran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Şilavar kənd sakini S.Kərimova məxsus yaşayış evindən dəyəri 8 000 manatdan artıq olan qızıl-zinət əşyaları oğurlanıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Miçail Qasımov saxlanılıb. Saxlandıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
M.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq Lənkəran rayonu ərazisində bir nəfərin əl çantasından, üç evdən, üç mağazadan, iki həyətdən dəyəri 9 490 manat dəyərində məişət əşyaları, nağd pul, tütün məmulatları və s. oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma davam etdirilir.
7News.Az








