Başlayaq Çindən...Bu ölkədə bir nəfər şəxs öz üzərinə arı toplmaqla adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
Beləki, Şi Ping adlı şəxs 460 min arını üzərinə toplayıb 40 dəqiqə bu vəziyyətdə dayanmaqla izləyənləri dəhşətə gətirən qeyri adi performansa imza atıb.
Daha bir çinli Xie Qiuping isə ən uzun saçlı qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb.Xienin saçının uzunluğu nə az, nə çox düz 6 metrdir. Saçlarını özünün ən qiymətli varlığı hesab edən qadın, onları kəsməyi ağlına belə gətirmir. Hətta o, saçının kəsilməsini ölümə bərabər hal kimi qiymətləndirir.
Vyetnamda yaşayan Tran Van Hay isə dünyanın ən uzun saçlı kişisi kimi adını ginnesin rekordlar kitabına yazdırmağı bacarıb. 74 yaşlı bu kişi 43 ildir ki, saçını kəsdirmir. 43 ildir qayçı üzü görməyən saçın uzunluğu 6 metr 30 santı, ağırlığı isə 10 kiloqramdan çoxdur.
Yüksək keyfiyyəti ilə dünyada məhşur olan Kuba siqretləri isə, bu dəfə tama başqa bir üstünlüklə Ginnesə düşə bilib. Paytaxt Havanada hazırlanan bir siqaret uzunluğu ilə diqqət çəkib. Jose Castelar Cairo adlı istehsalçı tərəfindən hazırlanan, uzunluğu 81,80 santimetr olan siqaret, ən uzun kuba siqareti kimi rekord qırıb.../olke.az
7news.az








