RU
10 min manata görə oğlan dölləri məhv ediləcək
10:58
1263

10 min manata görə oğlan dölləri məhv ediləcək

Yeni doğulan qız uşaqlarının sayının azalması dövləti hərəkətə keçirib.

Belə ki, ötən gün verilən qərarda ölkədə qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq edilib.

Sistemə əsasən, dövlət 2-ci doğulan qız uşaqları üçün valideynlərə 10 min manat verəcək.

Bu barədə fikirlərini bölüşən millət vəkili Aydın Mirzəzadə, bunun oğlan döllərinə zərər gətirəcəyini dilə gətirib: "Mətbuatda məlumat yayılıb ki, ölkədə qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək. Sistemə əsasən, dövlət ikinci doğulan qız uşaqları üçün valideynlərə 10 min manat verəcək. Ehtiyat edirəm ki, bu yenilik əks effekt verəcək. Belə ki, ultrasəs müayənəsindən sonra bəzi ailələr ikinci qız, daha doğrusu 10 min manat arzusu ilə oğlan döllərini məhv etməyə başlayacaqlar. Bununla da ölkəmizdə 10 iiliklərdən sonra ciddi surətdə oğlan (kişi) qıtlığı yarana bilər. Bu isə öz növbəsində ərə gedə bilməyən qızlar, çatışmayan əsgərlər, yaranmayan ailələr və doğulmayan uşaqlar, mənəviyyat prinsiplərin pozulması halları deməkdir. Ona görə də ikinci qız olmağa həvəsləndirməyə deyil, cəmiyyətdə maarifləndirməyə daha böyük önəm vermək lazımdır".

Qeyd edək ki, nazir açıqlamasında bildirib ki, yeni təkliflərdən biri də abortların ləğvi ilə bağlıdır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ