Yevlaxda elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ağcabədi rayon sakini Samir Əliyev qohumları-Cabir Qənbərov və Rüstəm Əliyev ilə birlikdə noyabr ayının 3-də dəmir yolu xəttinin Yevlax şəhəri ərazisindən keçən hissəsindən yüksək gərginlik altında olan elektrik naqillərini kəsərək oğurlayıb, həmin naqilləri Bakı şəhərinə apararaq orada satıblar.
Daha sonra Samir Əliyev və Cabir Qənbərov digər qohumları Salman Süleymanovla qabaqcadan əlbir olaraq, noyabr ayının 30-da dəmir yolu xəttinin Daşkəsən rayonundan keçən hissəsindən yüksək gərginlik altında olan elektrik naqillərini kəsərək oğurlayıblar.
Araşdırmanı nəticəsindən sonra məsləyə hüquqi qiymət veriləcək.
7News.Az xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:








