Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
Rayonun Dəllər Cəyir kənd sakini, 2009-cu il təvəllüdlü Hüseynov Şadxan kənd uşaqları ilə gizlən-qaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorun arxasında gizlənib.
Bu zaman uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub və onu "tok" vurub. Ş.Hüseynov qolu yanığa bağlı amputasiya edilib./qafqazinfo
7News.Az








