RU
10 yaşlı uşaq anasının doğuşunu videoya çəkdi - FOTO
16:00
510

10 yaşlı uşaq anasının doğuşunu videoya çəkdi - FOTO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

7News.Az haberler-ə istinadla xəbər verir ki, videoda qadının avtomobildə doğum etməsi əks olunub.

Görüntülər ABŞ-da, Las-Veqasdakı magistral yolların birində çəkilib. Əri və 3 uşağı ilə birlikdə xəstəxanaya gedən qadın övladını avtomobildə dünyaya gətirib.

Maraqlı olan isə həmin anları onun 10 yaşlı oğlunun mobil telefonla kameraya çəkməsidir.

"Biz, əslində, bir-birimizi çəkirdik. Anidən anamın sancıları artdı və "gəlir" deyə qışqırdı. Telefonu o tərəfə necə çevirməyimdən xəbərim belə olmayıb. Sonradan videonu izləyəndə düşündüm ki, bunu mütləq sosial şəbəkələrdə paylaşmalıyam", - 10 yaşlı uşaq paylaşımında qeyd edib.

 

Qeyd edək ki, yeni doğulan körpəyə Joliee Lavergne Addison adı verilib.

10 yaşlı uşaq anasının doğuşunu videoya çəkdi - FOTO

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ