RU
100-dən artıq uşağı zorlayan PEDOFİL HƏBS OLUNDU
16:30
374

100-dən artıq uşağı zorlayan PEDOFİL HƏBS OLUNDU

ABŞ vətəndaşı Pol Leyton (Paul Leighton) 100-dən çox həddi-büluğa çatmamış uşağı zorlamaqda ittiham edilərək 16 il müddətinə həbs edildi.
Qəribə "onlayn-zorlama” haqda The Daily Mirror məlumat yayıb.
İngiltərənin Sixem şəhərinin sakini Facebook-da bir neçə hesab açaraq azyaşlı uşaqların etibarını qazanır. O, şəbəkədə açıq şəkillərdən istifadə edir və əvəzində həddi-buluğa çatmamış həmsöhbətlərindən də özlərinin lüt şəklini çəkməyi tələb edirdi.
Daha sonra isə, məsələnin ikinci mərhələsi gəlir: o, yeniyetmələri şantaj edir, onları kiçik qardaş və bacıları, həmçinin dostlar ilə cinsi-zorakı hərəkətlər etməyə məcbur edirdi.
Məhkəmədə bir neçə qurban çıxış edərək, Leytonla ünsiyyətdən sonra intihar etmək fikirlərinin yarandığını dilə gətiriblər.
Leytonun kompyuterində pornoqrafik xarakterli foto və videofayllar daxil olmaqla 2 mindən çox material aşkar edilib. Məlum olub ki, ABŞ-dan, Avstraliyadan və Kanadadan olmaqla 100-dən çox uşaq mənfur kişinin qurbanı olub./publika
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ