RU
100 min manatdan çox oğurluq edən dəstə saxlanılıb
15:05
372

100 min manatdan çox oğurluq edən dəstə saxlanılıb

Lənkəranda silsilə oğurluqlar törədən dəstə zərərsizləşdirilib.

7news.az bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Sütəmurdov kənd sakinləri Əli Şükürzadə, Qədir Cəfərov, Ruslan Kərimli və Kamran Rəhimov tutulublar.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər Sütəmurdov kəndində poçt məntəqəsindən pul və danışıq kartları, rayonun Göyşaban kənd sakini İlqar Abdullayevə, Sütəmurdov kənd sakinləri Möhübbət və İlham Şükürovlara məxsus evlərdən içərisində 5 000 manat pul olan seyf, 80 min manat dəyərində qızıl-zinət əşyaları, "Vinçester" markalı ov tüfəngi, İ. Şükürova məxsus pivə zavodundakı seyfdən 8 000 manat pul oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ