Cənubi Koreyada prezident Pak Kın Henin istefasını tələb edən nümayişçilərin mitinqi davam edir.
7news.Az Life.ru-ya istinadən xəbər verir ki, təxminən 43 min şəxs Seulun mərkəzində toplaşaraq dövlət başçısının postdan gedəcəyi vaxtı gözləyir. Yerli Yonhap agentliyi hətta iddia edir ki, etirazçıların sayı 100 minə yaxınlaşır.
Ölkədəki aksiyalar hələ ötən həftədən başlayıb. Vətəndaşlar Pak Kın Henin istefasını onun rəfiqəsinin səs-küylü rüşvət qalmaqallarına görə gündəmə gətiriblər.
Aksiyaçılar inanırlar ki, həmin qadın dövlət orqanında heç bir vəzifə tutmadan xeyli dövlət sirrindən agah olub. Onun 53 şirkətdən 72 milyon dollar "çirkli pul” mənimsədiyi deyilir.
7news.Az








