RU
100 minlik maşın yoldan çıxıb ağaca çırpıldı
10:20
2005

100 minlik maşın yoldan çıxıb ağaca çırpıldı

Azərbaycanda “Hummer” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb.

7News.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş şəhərində “HUMMER” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında ağaca çırpılması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşı çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 05:57-də başa çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ