Bakı Apellyasiya Məhkəməsində Səkinə Məmmədovanın (1967-ci il təv.) CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7news.az xəbər verir ki, Səkinə Məmmədova vətəndaşlarından etibarından sui-istifadə edərək, ümumilikdə onların 103.650 manat məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Onun qanunsuz hərəkətləri barədə zərərçəkənlər Nərimanov RPİ-nə şikayət ediblər, toplanmış materiallar əsasında İstintaq şöbəsində cinayət işi başlanıb. Barəsində axtarış elan olunan S.Məmmədova RPİ Cinayət-axtarış şöbəsi əməkdaşları tərəfindən tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən həm zərərçəkənlər, həm də S.Məmmədova apellyasiya şikayətləri veriblər.
Bakı Apellaysiya Məhkəməsi işi araşdıraraq şikayətləri təmin etməyərək, birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.








