RU
100 nəfərlik gizli toyun dağıdılması zamanı qarşıdurma…- Polislər yaralandı…
18:00
1572

100 nəfərlik gizli toyun dağıdılması zamanı qarşıdurma…- Polislər yaralandı…

İsrailin Samariya əyalətindəki Itamar qəsəbəsində xüsusik karantin rejiminin qadağalarına rəğmən keçirilən kütləvi toy hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dağıdılıb. 
 
Moderator.az-ın  yerli mediaya istinadla  verdiyi xəbərə görə, olay zamanı  bir neçə polis yaralanıb.
 
Güc strukturlarına  toyun keçirilməsi haqda məlumatı qəsəbə sakinləri çatdırıb.  Onlar  toyda İtamardan olmayan  təxminən 100 nəfərin iştirak etdiyini bildirib. 
 
Dağılışma tələbini yerinə yetirməkdən imtina edən  onlarla toy iştirakçısı polisə daş və başqa əşyalar atmağa başlayıb. 3 polis əməkdaşı yaralanıb və tibbi yardım üçün təxliyyə olunub.
 
Hadisə yerinə əlavə qüvvələr cəlb edilib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ