RU
100 yaşlı məcburi köçkün: Ən böyük arzum növbəti seçkilərdə doğma kəndimdə səs verməkdir
12:43
313

100 yaşlı məcburi köçkün: Ən böyük arzum növbəti seçkilərdə doğma kəndimdə səs verməkdir

Ağdam rayonunun ən yaşlı seçicilərindən olan Muğanlı kəndindən məcburi köçkün 100 yaşlı Şəkər Əhmədova ümumxalq səsverməsində iştirak edib.

Dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən Şəkər nənə ümumxalq səsverməsində də konstitusion hüququndan istifadə edib. O, yaşının çox olmasına baxmayaraq, məskunlaşdığı Səfərli qəsəbəsindəki 41 saylı seçki məntəqəsinə gələrək səs verib.

1916-cı il təvəllüdlü Şəkər Əhmədova bildirib ki, 6 övladı, 15 nəvəsi, 25 nəticəsi var. Ən böyük arzusu isə növbəti seçkilərdə doğma kəndi olan Muğanlıda səs verməkdir./azertac

 

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ