100 yaşlı qadın ərə gedir.
100 yaşlı qadın özündən 26 yaş kişi ilə ailə qurmağa hazırlaşır.
Uelsdə yaşayan 100 yaşlı Norah Witkiss 74 yaşlı Malcolm Yates-ə aşiq olub. Onlar rəqs klubunda tanış olublar.
Daily Post-un məlumatına görə, cütlük 30 ildir münasibətdədir və onlar gələn ay özlərinə toy edəcəklər.
Dekabrda 101 yaşı tamam olacaq qadın iddia edir ki, ərə getmək üçün gecikmək istəmir.
Cütlük oktyabrın 16-da "The Beaches Hotel"də toy edəcəklər.
Qeyd edək ki, Vitkiss 2 dəfə ailəli olub. Onun bir övladı var. Vitkiss ilk dəfə 1917-ci ildə ailə qurub.
7News.Az








