RU
1000-ə yaxın adam qan verib
10:26
479

1000-ə yaxın adam qan verib

Aşura günü ilə əlaqədar bu saata qədər 1000-ə yaxın adam qan verib.

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O bildirib ki, Bakıda 9 məsciddə, regionlarda isə 6 məsciddə qanvermə aksiyası davam edir: "Bakı üzrə toplanan qan Mərkəzi Qan Bankına, regionlar üzrə toplanan qan isə Şirvan və Quba Mərkəzi Qan Bankına göndərilir”. 
Qeyd edək ki, bu gün Aşura ilə bağlı Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ