RU
103 yaşlı qadın koronavirusu məğlub etdi - FOTO
15:45
190

103 yaşlı qadın koronavirusu məğlub etdi - FOTO

Türkiyədə koronavirusa yoluxmuş 103 yaşlı qadın sağalaraq evə buraxılıb.

Türkiyə KİV-i xəbər verir ki, Van şəhər sakini 103 yaşlı Zahide Demir COVID-19 testinin nəticəsi pozitiv çıxdığına görə xəstəxanaya yerləşdirilib.

9 övladı və 25 nəvəsi olan Z.Demir nəfəs çatışmazlığı və öskürəklə müşayiət olunan simptomlarla müalicəyə cəlb olunub. 10 günlük müalicədən sonra yeni testi neqativ çıxan 103 yaşlı qadın tibb bacıları və tibbi personalın alqışları ilə sağalaraq evinə yola salınıb.

7News.Az

103 yaşlı qadın koronavirusu məğlub etdi - FOTO103 yaşlı qadın koronavirusu məğlub etdi - FOTO


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ