“Mən burada bilmişəm ki, bunlar oğurluq imiş”.
Abşeronda silsilə oğurluqlar edən 5 nəfərlik cinayətkar dəstə saxlanılıb. Saxlanılan şəxslər əsasən yaşayış evlərini yarıblar.
İçərisində keçmiş məhkumun da olduğu dəstə üzvləri əziyyətsiz pul qazanmaq eşqinə düşüblər.
Bunun çıxış yolunu isə oğurluq etməkdə görüblər. Abşeron rayonu ərazisində məkrli planlarını həyata keçirən tanışlar yaşayış evlərinə qənim kəsiliblər.
11 oğurluq hadisəsi nəticəsində əllərinə keçən qəniməti Elçin Musazadənin avtomobili ilə daşıyıblar.
Elçin Musazadə - saxlanılan şəxs: "Mən taksi kimi kömək eləmişəm. Hara istəyiblər, aparmışam, ancaq yol pulunu, 15-20 manat almışam. Evdən evə veş köçürmüşük. Mən burada bilmişəm ki, bunlar oğurluq imiş".
Siyavuş Nəbiyev - saxlanılan şəxs:
"İşləyirdim, sonra işim olmadı. Mənə dedi ki, iş var. Bir yerdə bağ becərdik, hasar çəkdik. Sonra təklif elədi ki, belə bir iş var, razılaşdım, etdik oğurluq elədik. Pəncərədən girirdik, əsas santexnika mallarını götürürdük".
Əsasən gecə saatlarında oğurluğa yollanan dəstə üzvləri qənimətləri sataraq gündəlik təlabatlarla yanaşı, narkotik vasitələrə xərclədiklərini də bildirirlər.
Baxşeyiş Süleymanov - saxlanılan şəxs:
"Mən Bakıya işləməyə gəlmişdim. Srokdan təzə çıxmışam, istəyirdim ki, fəhlə işləyim. Rayonda da hara mürcaiət elədim, işə götürən olmadı. Bakıda da iş tapa bilmədim, bu işə əl atdım".
Akşin Kərimov - saxlanılan şəxs: "Bunu heç kimə, cavanlara da arzulamıram".
Abşeron polisi saxlanılan şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiyini araşdırır./region
7news.az








