Hindistanın Palqhat şəhərində 11 il öncə itkin güşən qız qonşu evdə tapılıb.
Bu barədə "İndian Express" yazır.
Belə ki, 2010-cu ilin fevral ayında 18 yaşı olan Sacita evdən çıxaraq bir daha geri qayıtmayıb.
Özüylə mobil telefonu götürmədiyi üçün qohumların və polislərin axtarışları nəticəsiz qalıb. Uzun müddət sonra Sacitanın ailəsi qızı tapmaqdan ümidini üzüb.
Lakin 2021-ci ilin yaz aylarında qonşuluqda yaşayan Alinçuvattil Rəhman qəfil yoxa çıxıb. İyunun 8-də Rəhmanın qardaşı təsadüfən onu başqa kənddə qızla görüb.
Məlum olub ki, həmin qız illər öncə itkin düşən Sacitadır.
Sacita 2010-cu ildə Rəhmanın evinə köçüb və bütün bu 11 ili oğlanın ailəsindən gizlin şəkildə bağlı otaqda yaşayıb. Rəhman həmin otağa heç kəsi buraxmayıb.
Qardaşının sözlərinə görə, Rəhman çox əsəbi olduğu üçün valideynləri otağı niyə bağlı saxladığı barədə onu çox sorğu-suala tutmayıblar. Lakin 3 ay öncə oğlan və ailəsi arasında güclü mübahisə baş verib və Rəhman Sacitayla birlikdə başqa kəndə köçmək qərarına gəlib.
Polis məmuru Dipa Kumarın sözlərinə görə, Sacita və Rəhman fərqli dinə mənsub olduqları üçün münasibətlərini gizli saxlamalı olublar. Lakin yerli məhkəmə sevgililərə birlikdə yaşamağa rəsmi icazə verib.




7News.Az








