Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini İxtiyar Rüstəmovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
7news.az xəbər verir ki, 2004-cü ildə Rusiyanın paytaxtı Moskva şəhərində İxtiyar Rüstəmov Sergey Zasevi bıçaqlayaraq, qətlə yetirib və hadisədən sonra oranı tərk edərək Azərbaycana qayıdıb. Faktla bağlı Moskva polisi araşdırmaya başlayaraq müəyyən edib ki, cinayəti qısqanclıq zəmnində Rüstəmov törədb, lakin onu isti izlərlə saxlamaq mümkün olmayıb. Bu səbəbdən onun barəsində RF CM-nin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarış elan edilib. Bu il mayın 12-də İxtiyar Rüstəmov DİN Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən tutulub və istintaq Baş prokurorluq tərəfindən aparılıb.
Məhkəmə prosesində İ.Rüstəmov ittiham üzrə özünü təqsirli bilməyib, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 12 il müddətinə cəzalandırılmasını istəyib.
Məhkəmənin hökmü ilə İxtiyar Rüstəmov 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.








