11 sentyabr 2001-ci il hücumları ilə əlaqəli xəstəliklərdən ölən yanğınsöndürənlərin sayı artıb. Nyu York Yanğınsöndürmə İdarəsi daha iki üzvünün həyatını itirdiyini açıqladı.
7NEWS.az xəbər verir ki, Nyu York Yanğınsöndürmə İdarəsi 11 sentyabr 2001-ci il hücumları ilə əlaqədar xəstəliklərdən ölən üzvlərinin sayının 343-ə yüksəldiyini açıqlayıb. Nyu York Yanğından Mühafizə Komissarı Laura Kavanagh departamentdə daha iki nəfərin xərçəng və ağciyər xəstəliyindən öldüyünü açıqladı. Kavanagh qeyd edib ki, 11 sentyabrla bağlı xəstəliklərdən ölənlərin sayı hücum günü ölən yanğınsöndürənlərin sayına bərabərdir.
7NEWS.az








