"Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. "American Airlines” və "United Airlines” aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilib.
Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. "Əkiz” qüllənin dağıntılarının təmizlənməsi isə səkkiz aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.
11 sentyabr terroru "Əl-Qaidə” lideri Usama bin Laden tərəfindən təşkil edilib.
Ümumilikdə, 11 sentyabr 2001-ci ildə ABŞ-nin müxtəlif bölgələrində törədilən terror aktları nəticəsində Nyu-York, Vaşinqton, Pensilvaniya və Şanksvil ətrafında 2977 nəfər öldürülüb.
İlkin hücumlar və qüllələrin dağılması zamanı həlak olanlardan 343 nəfər Nyu-York şəhərinin yanğınsöndürənləri, 23 nəfər Nyu-York şəhər polis işçiləri və 37 nəfər liman zabitləri olub.
Qurbanların yaşı iki ilə 85 arasında olub. Onların təxminən 75-80%-i kişilər olublar.
2001-ci ilin dekabrında 11 sentyabr qurbanlarının Kompensasiya Fondu yaradılıb. 2004-cü ilin iyununa qədər fəaliyyət göstərən fonda qurbanlardan həm ölüm, həm də fərdi xəsarət iddiası ilə 7 408 müraciət daxil olub. Fond bu hallardan 5 560-na kompensasiya verib.
2 yanvar 2011-ci ildən fond yenidən açılıb və fəaliyyətini daha da genişləndirib. Federal fonddan təzminat alan ailələr hava yollarını məhkəməyə verməməyə razılaşıblar.








