7NEWS.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda "Kiyev rejiminin pilotsuz təyyarələrlə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı Kaluqa və Moskva vilayətləri və Sevastopol şəhəri üzərində alınıb”- deyilir. Moskva istiqamətində uçan PUA-lar Kaluqa vilayətinin Maloyaroslavl və Moskva vilayətinin Odintsovo səmalarında hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Sevastopol şəhəri yaxınlığında iki PUA növbətçi hava hücumundan müdafiə avadanlığı ilə məhv edilib, digər doqquz PUA isə elektron döyüş texnikası ilə məhv edilib və hədəflərinə çatmamış Qara dəniz sularına düşüb. Bloklanan terror aktları nəticəsində insan tələfatı və dağıntı olmayıb.
7NEWS.az








