RU
11 yaşlı oğlan dənizdə batdı
11:10
277

11 yaşlı oğlan dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 2010-cu il təvəllüdlü Kərimov Səid Nail oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən 7News.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.Kərimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ