11 yaşlı qızına təcavüz edən sevgilisini öldürən ana bəraət qazandı
7News.az xəbər verir ki, Braziliyada 11 yaşlı qızını partnyoru tərəfindən cinsi təcavüzdən xilas etmək üçün qətl törədən ana Erika Pereira da Silveria Visente məhkəmədə bütün ittihamlardan bəraət alıb. Ana partnyoru Everton Amaro de Silvanın qızına göndərdiyi iyrənc mesajları aşkar edib və evə qayıdan kimi Silvanı qızı ilə tutub.