114 yaşlı Fredi Blom siqareti tərgitmək qərarına gəlib.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, Keyptaun yaxınlığında Delfete qəsəbəsində yaşayan qoca uzunömürlülüyünün sirrini bilmədiyini deyib. O, hər şeyin Allahın əlində olduğuna inanır:
"O, məni qoruyur. Sağlam ürəyim olsa da, ayaqlarım sözümə baxmır - əvvəlki kimi gəzə bilmirəm".
Fredi bildirib k, bir neçə il əvvəl alkoqoldan uzaqlaşsa da, hələ də tütündən istifadəyə davam edir. Ancaq daha siqareti də tərgitmək fikrindədir.
7news.Az







