RU
12-ci mərtəbədən velosipedlə tullandı - VİDEO
12:20
213

12-ci mərtəbədən velosipedlə tullandı - VİDEO

Kişi velosipedlə çoxmərtəbəli binanın pəncərəsindən tullanıb. Onu xilas etmək mümkün olmayıb.

"Life Shot” "Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın paytaxtında baş verib.

 

Şahidlərin sözlərinə görə, kişi intihardan əvvəl onlara əsl "konsert” verib. Əvvəlcə 12-ci mərtəbədəki evinin eyvanında qadın alt paltarı ilə gəzib, sonra pişiyi oradan atıb, bundan sonra dəhlizdə bıçaqla qonşusunu qabağına qatıb, onu yaralayıb.

Qonşu hazırda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ