RU
12-ci mərtəbədən yıxılaraq ölüb - Bakıda
12:10
480

12-ci mərtəbədən yıxılaraq ölüb - Bakıda

Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib.

7news.Az report.az-a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, gecə saatlarında "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ