RU
1,2 milyard uşaq risk altındadır - Böyük təhlükə
11:44
864

1,2 milyard uşaq risk altındadır - Böyük təhlükə

"Save the Children" təşkilatının araşdırmasına görə, dünyada uşaqların yarısından çoxu - 1,2 milyard azyaşlı risk altındadır.

7news.Az xəbər verir ki, uşaqlar əsasən yoxsulluq, müharibə və qız uşaqlarına edilən ayrı-seçkilik təhlükəsi ilə üz-üzədirlər. Hazırlanmış sənədə əsasən, 1 milyard uşaq aclığın, 240 milyon uşaq müharibənin, 575 milyon qız isə ayrı-seçkilik təhlükəsinin hökm sürdüyü ölkələrdə yaşayır. Əvvəlki illərlə müqayisədə, bu il bu riskin artmasının səbəbi kimi yardımların lazımi yerlərə vaxtında və sürətlə çatdırılmaması göstərilir. 

 

Uşaqların ən yaxşı müdafiə olunduğu ölkələrin isə Sinqapur, Sloveniya, Norveç, İsveç və Finlandiya olduğu açıqlanıb. 

 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ